اذربایجان اوغروندا چیرپینان بوتون سئوگیلی اوره کلره
بیر از دؤز،او بیر گون گله جک
دنیزلریمیز قئییسینی تاپاجاق
سورگون دوشموش قارانقوشلار،
اوچوشاجاقلار وطن باهارینا
بالاجا قارا بالیق دنیزه ساری یولا دوشه جک
قارانلیغین باغرینی دله جک
اوره ک لر بیر ای اولدوزلا،
نیشانلاناجاق وطن سئوداسینا
و تاپدالانمیش کیملیییمیز ،اه
چیچکله نه جک ماوی قرنفیللری
من او گونو بکله ییرم سئوگیلیم
سنینله پایلاشام یاساق سئوینجلریمی
سنینله سؤیله یم بوغولموش دردلریمیزی
azərbaycan uğrunda çırpınan butun sevgili ürəkləre
Bir az döz, o bir gün gələcək
Dənizlərimiz qıyısını tapacaq
Sürgün düşmüş qaranquşlar,
Uçuşacaqlar vətən baharına
Balaca qara balıq dənizə sarı yola düşəcək
Qaranlığın bağrını dələcək
Ürəklər bir ay ulduzla
Nişanlanacaq vətən sevdasına
Və tapdalanmış kimliyimiz,ah
çiçəklənəck mavi qərənfilləri
Mən o günü bəkləyirəm,sevgilim
Səninlə paylaşam yasaq sevinclərimi
Səninlə söyləyəm boğulmuş dərdlərimizi