چرشابلار
چانتاسین الینه الدی اوتاقدان چیخمادان اؤنجه حایات یولداشی اونو چاغیردی
باخ گؤرهامیسینی چانتایا قویوبسان؟
اروادینین الیله بیچیلیب تیکیلن چرشابلاری سایدی.اون دنه قارا چرشابی بو گون ساتمالی ایدی.گونلری ده سایدی بایراما یالنیز اون گون قالیردی الین اغارمیش ساچلارینا چکدی
بویونلری الله ایسته سه الی دولو گله جییم دئدی.
اوتاغین بوجاغیندا شیرین یوخویا باتمیش تئللی قیزینا گؤزو ساتاشدی.
هه اونا دا بوگونکو ساتیشیمدان بیر گلینجیک الارام.
اوشاغین گؤزونده ن اؤپوب ائشیگه چیخدی.گونش ایلیق ایستیسینی یئره پایلایارکن یازین گلیب چاتماسیندان خبر وئریردی.ائلنازلا بایرام حیطده قاچاقاچدایدیلاراتالارین گوردوکجه تئز قاچیب گلدیلر یانینا.
اتا گئدئیسن منه تزه پنجک الاسان؟ بایرام دئدی
یوخ منه قیرمیزی باشماق الاجاق. اتا بیه اؤزون دونن گئجه من یاتاندا منه سؤز وئرمه دون؟ائلناز بونو دئیب اتاسینین بوینونو قوجاقلادی
قیزینین ساچلارینی سیغاللاییب قوجاغیندان یئره ائندیردی.
بویونلری هر ایکوزه ده ایستدوخلروزی الاجییام.
سونرا چانتاسینی گوتوروب ائوده ن ائشیگه چیخدی. بئینینده مین بیر جوابسیز سورغو ،اتالیق قایغیسی،عائله سینین اؤده نیلمه میش ایستکلرینی داشییارکن کوچه لرده یول گئدیردی.
بویونلری گئده جییم سولماز گؤرسه ده گؤرمه سه ده داهی بوندان ارتیق ارواد اوشاق اوزگونلوغونده قالا بیلمه ر م تزه ایله ده از قالئی داهی نئینه مک
بو سؤزلری اون گون اولاردی هر دؤنه ائوده ن چیخاندا دئمیشدی هر دونه ده دئدییینده ن واز کئچیب سؤزلرین یئرینه یئتیرمه میشدی هر دؤنه ده ائوه الی بوش قاییتمیشدی اخی سکیلرده کیمسه اونون الینده کی اولان چرشابلاری المیردی بیر ایا یاخین ایدی کی بیر چرشاب ساتا بیلمه میشدی.بونا گورا چرشابلارین ساتیشینا دوشونوب نهایت بیر یول تاپمیشدی اون گون تاپدیغی بو یولوسیناماق ایسته میشدی انجاق هر دؤنه سولماز قیزی گؤزونون اؤنونه گلیب بو ایشده ن واز کئچمیشدی.
اوخولون حیط قاپیسی اچیق ایدی کیمسه حیطده گؤرونموردو.ایاز بیر اددیم قاباغا اتیردی ایکی اددیم گئری قاییدیردی.بیر یاندان عائله قایغیسی اونو قاباغا سوردوکجه او یاندان سولمازین اوزگون باخیشی دالی چکیردی.بو دؤنه ده اوخولدان گئری قاییتماق ایسته دی.انجاق فلاکتلی عائله سینین توکنمزاغریلارینی یئنی ده ن انارکن کسینلیکله ایچری گیریب مودور اوتاغینا ساری گئتدی
دییه سن صینیف لرین زنگی چالینماییبدی یاخشی اولدو
بو سؤزو اوره یینده بیتیرمه ده ن بیر ان اؤزونو مودور اوتاغینین اؤنونده گؤردوچانتاسین الینده قیساراق قاپینی دؤیوب ایچه ری کئچدی. چانتاسین یئره قویارکن سالاملادی.اوتاقدا ماسا دالیندا اوتوران خانیم یئرینده ن قالخیب اونو قارشیلادی
ساتیش اوچون چرشاب گتیرمیشم زحمت اولماسا باخین هر بیرینی به یه نسوزقابیلی یوخدی چوخدا باهالی دئییل قیمتی موناسیبدی
مودور یئرینده ن قالخیب اونا ساری گلدی چرشابلارا بیر به بیر باخیب بیر شئی سؤیله مه ده ن گئری قایتاردی .ایاز ائله دویدو کی او هئچ بیرینی به یه نمه دی اومسوندو.
بو گئجه ائوه الی بوش گئتمه لی دئییلم نه تهر اولمالی اولسا نئچه چرشابی بون ساتاجییام
بو فیکیرلرده ایکن اوخولون زنگی چالیندی اوشاقلارین های کویو اوخولو بورودو.موعللیم لر بیر به بیر اوتاغا گیریب صندللرده اوتوردولار.ایاز بو فورصتی غنیمت ساییب قارا چرشابلاری اونلارا ساری توتدو.
باجیلار چرشاب ایسته سوزبویورون الین اوجوزدی چرشابدیلارجینسلری ده یاخشی دی السوز ضرر ائتمه ییبسوز.
موعللیملرین نئچه سی اونا ساری گلیب چرشابلارا اؤته ری بیر باخیش سالیب گئری قایتاردیلار.
ایازبیردؤنه ده شانسینی سیناماق ایسته دی بونا گورا باشقا یاندا اوتوران موعللیمله ره ساری یؤنه لدی و چرشابلاری اونلارا گؤستردی. کیمسه اونون الینده کی چرشابلارا دیققت ائتمه دی .هر کیمسه اؤز ایشینه باشی قال ایدی. ایاز اوزولدو نه ایش گؤرمه لی ایدی ایچینده بیر شئیین سینماسینی درینده ن دویدو.اغارمیش ساچلارینین سایغیسینی پوزولموش گؤردو.
یوخسوللوغون ائوی ییخیلسین سایغی، کیشی، بالا، بؤیوک تانیمیر.یئنه گئجه ائوه قاییتماغینی اندی حایات یولداشی، اوشاقلاری بیر به بیرگؤزونون اؤنونه گلدیلر.ایستر ایسته مز بیر داها دا چرشابلاری موعللیملره گؤستردی چرشابلار الینده ایکن بیر تانیش سس قولاغینا دیدی
خانیم گچ گوتوره بیللم؟
سس اونون دالیندان گلیردی.گئری دوندو.قیزین سؤزلری اغزیندا پارا قالدی
Çərşablar
Çantasın əlinə aldı.otaqdan çıxmadan öncə hayat yoldaşı onu çağırdi bax gör hamısını çantaya qoyubsan?
arvadının əlilə biçilib tikilən çərşabları saydı On dənə qara çərşabı bu gün satmalıydı.günləri də saydı bayrama yalnız on gün qalırdı əlin ağarmış saçlarına çəkdı
büyünləri allah istəsə əli dolu gələciyəm dedi.
otağın bucağında şirin yuxuya batmış telli qızına gözü sataşdı
hə ona da bu günki satışımdan bir gəlincik alaciyam
uşağın gözündən öpüb eşigə çıxdı.günəş ılıq istisini yerə paylayarkən yazın gəlib çatmasından xəbər verirdi.elnaz la bayram həyət də qaçaqaçdayıdılar atalarin gördükcə tez qaçıb gəldilər yanına
ata gedeysən mənə təzə pencək alasan?bayram dedi
yox mənə qırmızı başmaq alacaq ata bəyə özün dünən gecə yatanda mənə söz vermədün?elnaz bunu deyıb atasının boynunu qucaqladı
qızının saçlarını sığallayıb qucağından yerə endirdi
bu yünləri hər iküzə də istədüxlərüzi alaciyam
sonra çantasını götürüb evdən eşigə çıxdı.beynində min bir cəvabsız sorğu,atalıq qayğısı,ailəsinin ödənilməmiş istəklərini daşıyarkən küçələrdə yol gedirdi.
buyünləri gedəciyəm solmaz məni görsədə görməsədə dahı bundan artıq arvad uşaq üzgünluğundə qala bilmərəm təzə ilə də az qaley dahı neyləmək.
bu sözləri on gün olardı her gün evdən çıxanda demışdi hər dönə də dediyindən vaz keçib sözlərin yerinə yetirməmişdi hər dönö də evə əli boş qayıtmışdı.axı səkilərdə kimsə onun əlində ki olan çərşabları almırdı. Bir aya yaxını dı kı bir çərşab sata bilmemişdi buna gora çərşabların satışına düşünüb nəhayət bir yol tapmışdı.on gün tapdığı bu yolu sınamaq ıstəmışdi ancaq hər dönə solmaz qızı gözünün önünə gəlib bu işdən vaz keçmişdi.
Oxulun həyət qapısı açıqıydı kimsə həyət də görünmürdü.ayaz bir addım qabağa atırdı iki addım gəri qayıdırdı.bir yandan ailə qayğısı onu qabağa sürdükcə oyandan solmazın üzgün baxışı dalı çəkirdi.bu dönə də oxuldan gəri qayıtmaq istədi ancaq fəlakətli ailəsinin tükənməz agrılarını yeni dən anarkən kəsinliklə içəri girib mudur otağına sarı getdi.
diyəsən siniflərin zəngi çalınmayıb yaxşı oldu
bu sözü üreyinde bitirmədən bir an özünü mudur otağının önündə gördü.çantasın elində qısaraq qapını döyüb içəri keçdi.çantasın yerə qoyarkən salamladı. otaqda masa dalında oturan xanım yerindən qalxıb onu qarshıladı.
satış uçun çerşab gətirmişəm zəhmət olmasa baxın hər birini bəyənsöz qabılı yoxdi çoxda bahalı deyil qiməti munasib di.
Mudur yerindən qalxıb ona sarı gəldi çərşabları bir bə bir baxib bir şey söyləmədən gəri qaytardı.ayaz elə duydu ki o heç birini bəyənmədi umsundu.
Bu gecə evə əli boş getməli deyiləm nə təhər olmalı olsa neçə çərşabı bu gün sataciyam.
bu fikirlərdə ikən oxulun zəngi çalındı.uşaqların hay kuyu oxulu burudu.muəllimlər bir bə bir otağa gırıb səndəllərdə oturdular.ayaz bu fursəti gənimət sayıb qara çərşabları onlara sarı tutdu.
bacılar çərşab istəsoz buyrun alın ucuzdi çərşabdılar cinsləri də yaxşidi alsoz zərər etmeyibsüz .
muəllimlərin neçəsi ona sari gəlib çərşablara ötəri bir baxış salıb geri qaytardilar.ayaz bir kərə də şansını sınamaq istədi. Buna görə başqa yanda oturan muəllimlərə sarı yönəldı və çərşabları onlara göstərdi kimsə onun əlin də ki çərşablara diqqət eləmədi.hər kimsə öz işinə başı qal idi ayaz üzüldü. nə iş görməli idi? içində bir şeyin sınmasını dərin dən duydu.ağarmış saçlarının saygısını pozulmuş gördü.yoxsulluğun evi yıxılsın sayğı, kişi, bala böyük tanımır.yenə gecə evə qayıtmağını andı hayat yoldaşı,uşaqları bir bə bir gözünün önünə gəldilər.istər istəməz bir daha da çərşabları müəllimlərə göstərdi.çərşablar əlin də ikən bir tanış səs qulağına dəydi.
xanim geç götürə billəm?
səs onun dalından gəlirdi.geri döndü.qızın sözləri ağzında para qal di